"Çelsi" udsa... - Əməkdar artistdən FİNAL VƏDİ
"Çelsi" udsa... - Əməkdar artistdən FİNAL VƏDİ
29 May 2019 17:04 SosialBu gün Avropa Liqasının finalında paytaxtımızda yerləşən Bakı Olimpiya Stadionunda Londonun iki nəhəng klubu - "Arsenal" və "Çelsi" üz-üzə gələcək.
Milli.Az bu münasibətlə yerli məşhurlardan əməkdar artist Cavanşir Məmmədovun azarkeşlik edəcəyi klubun adını öyrənib.

Müğənni Henrix Mxitaryana görə "Çelsi"yə azarkeşlik edəcəyini bildirib:
""Çelsi"nin qələbəsini istəyirəm. Çünki o erməni əsilli futbolçu "Arsenal"dadır. Eşitdiyimə görə "Arsenal" futbolçuları onun adı yazılmış formalarda meydana çıxmaq istəyiblər. O da erməni lobbisinin işidir. Mən siyasi adam deyiləm, amma "Çelsi" udsa daha yaxşı olar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31