Səhiyyə Nazirliyi HƏRƏKƏTƏ KEÇDİ
Səhiyyə Nazirliyi HƏRƏKƏTƏ KEÇDİ
29 May 2019 16:56 SosialPaytaxtda keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq.
Nazirlikdən daxil olan məlumata görə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 39 təcili yardım avtomobili azarkeşlərə və komanda heyətlərinə xidmət göstərəcək.
Bundan başqa, 1 saylı Kliniki Tibbi Mərkəzdə 90, 3 saylı Kliniki Tibbi Mərkəzdə 50, Mərkəzi Neftçilər Xəstəxanasında 25, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 30 çarpayılıq yerlər ayrılıb. Tədbir keçiriləcək müddətdə qeyd olunan xəstəxanalarda təcrübəli mütəxəssislərin (onların arasında ingilis dili bilən olmaqla) növbətçiliyi təşkil olunub. "9103 qaynar xətt" xidməti 24 saat gücləndirilmiş iş rejimində çalışacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31