Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimində işləyir
Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimində işləyir
29 May 2019 15:25 SosialBakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən gücləndirilmiş iş rejimi ölkənin 62 avtovağzal və avtostansiyasında bu gün ən sıx qrafikini yaşayır. Xidmətdən "OLAYLAR"-a bildirilib ki, ümumilikdə Respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-ə yaxın əlavə avtobus xəttə buraxılıb. Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək. Əlavə olaraq qeyd edək ki, "Bakı Taksi Xidməti" MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşimizin də Olimpiya Stadionuna pulsuz daşınması təmin olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31