AQTA sədri cəbhə bölgəsinə səfər edib, əsgərlərlə nahar edib

AQTA sədri cəbhə bölgəsinə səfər edib, əsgərlərlə nahar edib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında əməkdaşlıq münasibətləri çərçivəsində 28 may tarixində Dövlət Sərhəd Xidmətinin "Qazax" sərhəd dəstəsinin sərhəd döyüş məntəqələrinə səfər təşkil edilib. "OLAYLAR"-a Agentlikdən bildirilib ki, səfər zamanı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli şəxsi heyətin qidalanma şəraiti, qidaların emal olunması və qida məhsullarının saxlanılması vəziyyəti ilə tanış olmuş, hərbi hissənin yeməkxanasında əsgərlərlə birlikdə nahar edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31