Azərbaycan seçicilərinin sayı açıqlanıb

Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurub

Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurub."Olaylar" xəbər verir ki, bu haqda danışan Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahovun sözlərinə görə,  hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var: "Seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start verilib. Bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub. Seçicilərin 50.83 %-ni qadınlar, 49.17 %-ni isə kişilər təşkil edir. Ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində qeydiyyata alınan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə, ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31