Naxçıvanda güclü partlayış - xəsarət alan var

Naxçıvanda güclü partlayış - xəsarət alan var

Şərur rayonunda qazanxanada partlayış baş verib.

"OLAYLAR" ONA-ya istinadla xəbər verir ki, rayonun Alışar kəndində qazanxanada partlayış olub. Hadisə zamanı qazanxanada işləyən 1991-ci il təvəllüdlü Abbaszadə Meysəm Məmmədbağır oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilən yaralı Bakıdakı Respublika Yanıq Mərkəzinə gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31