Tibb Universitetinin əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib
Tibb Universitetinin əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib
29 May 2019 12:41 SosialAzərbaycan Tibb Universitetinin ümumi və toksikoloji kimya kafedrasının assistenti Kəmalə Bədəlova nüfuzlu beynəlxalq jurnalın "Redaksiya Kollegiyasının Hörmətli Üzvü" seçilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildirilirilib ki, bu haqda "İlkin Araşdırmalar və Tədqiqat İşləri" beynəlxalq jurnalı tərəfindən K.Bədəlovaya sertifikat təqdim olunub. Qeyd edək ki, jurnalın onlayn platforması müxtəlif sahələri əhatə edən tədqiqatların gücləndirilməsi üçün yaradılıb. Aylıq jurnal Hindistanın "Alborear (OPC) Private Limited" şirkəti tərəfindən nəşr olunur. Jurnalda bütün sahələrə aid keyfiyyətli araşdırma işləri yer alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31