Əhliman Əmiraslanov TURKPA-nın tədbirinə sədrlik edəcək
Əhliman Əmiraslanov TURKPA-nın tədbirinə sədrlik edəcək
29 May 2019 12:35 SosialMilli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov TURKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının 5-ci iclasında iştirak etmək üçün Qırğızıstanın Biskek şəhərinə səfər edib. MM-dən "Olaylar"a verilən məlumata görə, iclası komissiyanın sədri, Azərbaycanın TÜRKPA-daki nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov açacaq. Gündəlik təstiq edildikdən sonra "Təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: hüquqi dəstək" mövzusuna dair müzakirələr aparılacaq və bununla bağlı tövsiyə qərarı layihəsi təsdiq ediləcək. Toplantıda komissiyanın 6-cı iclasının yeri, tarixi, və gündəliyi də müzakirə olunacaq. Komissiya üzvləri TÜRKPA-nın 10 illik yubileyinə həsr olunmuş foto sərgi ilə tanış olacaq. Səfər mayın 31-də başa çatacaq.