Deputatımız AŞ PA-nın tədbirinə qatılıb

Deputatımız AŞ PA-nın tədbirinə qatılıb

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və miqrasiya komitəsinin iclasında iştirak etmək üçün mayın 26-dan 30-dək İsveçrənin  Sürix şəhərinə səfər edib. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirdə İsveçrədəki miqrantların, qaçqın və məcburi köçkünlərin inteqrasiyası və vəziyyəti,  Uşaq köçkünlərin polis nəzarətinə alınmasına son verilməsi, Miqrant uşaqlara qarşı zorakılığın dayandırılması, Avropadakı qaçqın düşərgələrində dini  azlıqlara qarşı diskriminasiya və zorakılıq mövzularında fikir mübadiləsi aparılıb. İclasda deputat Sahibə Qafarovanın "Müşayiətsiz və tənha miqrant uşaqların effektiv himayəyə ehtiyacı" mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq. Səfər mayın 30-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31