Deputatlarımız MDB PA-nın tədbirinə qatılacaqlar

Deputatlarımız MDB PA-nın tədbirinə qatılacaqlar

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar  Fəzail Ağamalı və  Mirkazım Kazımov mayın 29-da   Rusiya Federasiyasına  səfərə gedəcəklər. MM-dən "OLaylar"a verilən məlumata görə, millət vəkilləri  Sankt-Peterburq  şəhərində keçiriləcək  MDB PA-nın Sosial siyasət və insan hüquqları,   Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi, və Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya daimi komissiyalarının iclaslarında iştirak edəcəklər. Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, rəy və təkliflər verəcəklər.Tədbirdə MDB-yə üzv  ölkələrin  nümayəndələri iştirak edəcəklər. Səfər iyunun 1-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31