Yasamal rayonunda hündürmərtəbəli binada yanğın olub
Yasamal rayonunda hündürmərtəbəli binada yanğın olub
29 May 2019 12:19 SosialBakının Yasamal rayonunda yanğın baş verib. Hadisə Qurban Xəlilov küçəsi 18 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində qeydə alınıb. Bildirilir ki, yanğın Rauf Hüseynova məxsus 4 otaqlı mənzilin mətbəxində yaranıb. Həmin vaxt evdə heç kim olmayıb. Ev sahibləri kondisioneri və paltaryuyanı işlək vəziyyətdə qoyaraq getdiyindən cihazlarda qısaqapanma baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürən texnikaları və təcili tibbi yardım briqadası cəlb olunub. 12-ci mərtəbədə qeydə alınmış yanğın qaldırıcı qurğuların köməkliyi ilə söndürülüb.Yanğın zamanı xəsarət alan olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31