Rusiya azərbaycanlıları Respublika gününü təntənəli qeyd ediblər
Rusiya azərbaycanlıları Respublika gününü təntənəli qeyd ediblər
29 May 2019 11:54 SosialRusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycanlıları Mədəniyyəti Fondu Moskvanın "Natsional" mehmanxanasında 28 may Respublika Gününü təntənəli şəkildə qeyd edib. "OLAYLAR" xəbər verir ki, tədbirdə Rusiyanin müxtəlif regionlarını təmsil edən dövlət rəsmiləri, Moskvanın ictimai-siyasi dairələrinin tanınmış simaları, Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər. Onların arasında siyasət, hüquq, mədəniyyət, hərb, idman və digər sahələrdə Rusiyada fərqlənmiş onlarla nüfuzlu soydaşımız olub.
Tədbiri giriş sözü ilə Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun mətbuat xidmətinin rəhbəri, tanınmış telejurnalist Anar Həsənov açdı. Təmsil etdiyi təşkilatın tədbir işttirakçılarına müraciətini oxuyan natiq ADR in Azərbaycan dövlətçiliyi tarixində xidmətlərindən danışdı.
Çıxışdan sonra ADR in tarixi haqda videoçarx nümayiş etdirilib. Daha sonra tədbirdə Rusiya Dövlət Dumasının ekspertlər şurasının üzvü Valeriya Rayzman, Rusiya Xalqları Dostluğu Universitetinin filologiya fakültəsinin dekanı professor Viktor Barabaş, Moskva Maliyyə Hüquq Akademiyasının birinci prorektoru Oleq Zabelin, Rusiya ordusunun ehtiyatda olan azərbaycanlı zabiti, general-mayor Bağır Fətullayev, Yaxın Şərq üzrə məşhur siyasi ekspert İqbal Dürrə, "Rusiya Hərbiçiləri Ailələri İttifaqi" ictimai təşkilatının rəhbəri Mariya Bolşakova və digər qonaqlar Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə təbrik etdilər. Tədbirdə Rusiyanın bir çox millətlərinin təmsil edən diaspor rəhbərləri Rusiya Azərbaycanlıları İttifaqı ilə əməkdaşlığa hazır olduqlarını dedilər. Gecə iştirakçılarına Azərbaycan xalqının milli dövlət quruculuğu, onun tarixi nailiyyətləri, Qarabağ münaqişəsi haqda dolğun məlumat aşılandı.
Çıxışlar zamanı Rusiya Azərbaycanlıları İttifaqının zəruriliyinə bütün natiqlər toxundu və sayı milyondan çox olan Rusiyanın Azərbaycan icmasına bu təşkilat ətrafında birləşmək çağırışları edildi. Rusiya Azərbaycanlıları İttifaqına müxtəlif millətlərin diaspor rəhbərləri, habelə Rusiyanın bir sıra ictimai birliklərinin təmsilçiləri xatirə hədiyyələri etdiər. Belarus, Qazax, Litva, Moldova, Özbək, Türkiyə xalqlarını Moskvada təmsil edən diaspor rəhbərləri Rusiya Azərbaycanlıları İttifaqını Azərbaycan diasporununn maraqlarının müdafiəçisi kimi tanıdıqlarını qeyd edib, əməkdaşlığa hazır olduqlarını ifadə etdilər.