“Nə müğənnidirlər ki, milyonlarla baxışları var?”
29 May 2019 09:59 SosialARB TV-nin "Show news" verilişinin növbəti müsahibi müğənni Nazim Pişyari Mustafayev olub.
Axşam.az xəbər verir ki, Faytonçu Nazim, qulaq asmadığı müğənnilərin adını çəkib:
"Özü-özlərinə "like" yığan, özlərini bəyən müğənnilərdir. Damla, Şəbnəm Tovuzlu, Talıb Tale, Üzeyir Mehdizadə... Onları tanımıram. Mən bu insanları dinləmirəm. Nə mahnı oxuyurlar onu da bilmirəm.
Ola bilsin onlar da məni dinləmirlər, zövqlərində olan müğənni deyiləm, buna normal baxıram.
Təbii ki, hamısı pulnan əldə olunan şeylərdir. Bunlar nə boyda müğənni oldular ki, milyonlarla baxışları var? Bu, necə ola bilər ki? Şəxsiyyətləri ilə işim yoxdur, nə oxuyurlar özləri bilərlər. Sadəcə mənim zövqümdə deyillər deyə, onları dinləmirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31