Tiflis teleqülləsi bayrağımızın rənglərinə büründü
Tiflis teleqülləsi bayrağımızın rənglərinə büründü
29 May 2019 00:26 SosialGürcüstanın paytaxtı Tiflisdəki televiziya qülləsi 28 May - Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə saat 20:00-dan etibarən televiziya qülləsi göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.
Teleqüllə paytaxt Tiflisin əksər nöqtəsindən görünür.
azertac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31