Gəncəyə yağan yağış şəhərdə hərəkəti iflic edib
Gəncəyə yağan yağış şəhərdə hərəkəti iflic edib
28 May 2019 22:05 SosialGəncəyə güclü yağış yağıb.
Gəncə şəhər sakinləri BAKU WS-ə məlumat veriblər ki, yağan yağış yollara dolub.
Qeyd edək ki, yağış və dolu saat 15:30-dan saat 16:30-a qədər yağıb. Bir saat ərzində yağan yağıntı şəhərdə böyük problemlərə səbəb olub.
Şəhərdə kanalizasiya sistemi iflic olub. Yollara su dolub. İnsanların və avtomobillərin hərəkəti çətinləşib.
Şəhərin əksər yerlərində elektrik enerjisi kəsilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31