Tamaşaçıların daşınması üçün ekspress avtobuslar ayrılıb
Tamaşaçıların daşınması üçün ekspress avtobuslar ayrılıb
28 May 2019 22:02 SosialSabah Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı), metronun "Q.Qarayev" stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.
Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31