“Hərdən yadıma düşür ki, dördüncü övladım da var” - Elnarə
28 May 2019 17:27 SosialMüğənni Elnarə Xəlilova "Zümrüdlə gün ortası" proqramında qonaq olub.
Aparıcının onu üç uşaq anası kimi təqdim etməsi, Elnarənin iradına səbəb olub.
Elnarə bildirib ki, dörd övladı var. Aparıcı Zümrüd Bədəlova isə bundan proqram zamanı xəbərdar olduğunu deyib.
"Səni qınamıram. Hərdən mən də uşaqları "bir-iki-üç" deyə, sayıram. Yadıma düşür ki, dördüncü övladım da var. Ərtoğrul dördüncü övladımdır" deyə, Elnarə söyləyib.
O, daha sonra yeni saç düzümündən də danışıb:
"Saçlarımı hörüblər. Hörüklərimi beş nəfər ərsəyə gətirib. Klip üçün etmişik, yeni8 layihəyə qədər bu formada saxlayacam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31