Bakıda sürətlə hərəkət edən avtomobil gölə düşdü - FOTO
Bakıda sürətlə hərəkət edən avtomobil gölə düşdü - FOTO
28 May 2019 13:18 SosialDünən Bakıda avtomobilin gölə düşməsi barədə məlumat vermişdik.
Hadisə Qaradağ rayonu ərazisində Lökbatan-Qızıldaş yolunda qeydə alınıb.
Belə ki, sürətlə hərəkət edən "Renault" markalı avtomobil sərt dögədə sürücünün idarəetməsindən çıxıb və gəldiyi sürətlə gölə girib.
Qeyd edək ki, avtomobildə köməksiz qalan şəxsləri FHN-in xilasediciləri göldən çıxarıblar.
Maşının çıxarılması üçün isə ərazidə suyun səviyyəsinin bir qədər aşağı düşməsini gözləmək lazım gəlib.
publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31