Sabah Bakıda bu marşrutların son dayanacağı və hərəkət istiqaməti dəyişdiriləcək - SİYAHI

Mayın 29-da Bakıda bəzi marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti və son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 və 213 saylı marşrutların son dayanacağı dəyişdirilib.

Bundan əlavə 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 və 70 saylı marşrutların isə hərəkət istiqaməti dəyişdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31