Daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib
Daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib
27 May 2019 16:38 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. "Olaylar" xəbər verir ki, bununla əlaqədar olaraq Komissiyanın növbəti iclasında daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib ki, həmin vərəsələrin siyahısı da birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. 7 iş günü ərzində birdəfəlik ödəmələr onların bank hesablarına köçürüləcək. Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə vərəsələrin sənədlərini notariat orqanlarına təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş göndəriləcək.
Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan 9785 şəhidin 14481 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Bununla da şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 80 faizə qədər icra olunub.