İstintaq təcridxanasına telefon keçirilməsinin qarşısı alınıb
İstintaq təcridxanasına telefon keçirilməsinin qarşısı alınıb
27 May 2019 16:34 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 11 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar xidmətdən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş şəxs Məmmədov Murad Həmzə oğlu Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş 1 ədəd mobil telefon funksiyalı "Smart-Watch" markalı qol saatı və 1 ədəd danışıq kartı aşkar edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31