AZAL-ın üç əməkdaşı işdən azad olundu
AZAL-ın üç əməkdaşı işdən azad olundu
27 May 2019 13:54 Sosial"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Hər 3 əməkdaş dərhal işdən azad olunub.
Bununla bağlı məlumatı AZAL yayıb.
Bildirilir ki, qurum bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyir.
Xatırladaq ki, AZAL-ın sabiq əməkdaşları transgenderlərin məlumatlarını yaymışdı. Nazilə Muradova adlı şəxs özünü AZAL-ın əməkdaşı kimi təqdim edərək facebook hesabında transgender şəxsə məxsus pasportun şəklini paylaşmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31