Gürcü keşişlər Azərbaycana gedən yolu bağladılar
Gürcü keşişlər Azərbaycana gedən yolu bağladılar
26 May 2019 21:11 SosialGürcüstanın Marneuli rayonunda bir qrup keşiş və dindar Azərbaycana gedən əsas magistral yolda aksiya keçiriblər.
Report xəbər verir ki, aksiya iştirakçıları "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə gedən yolu bir neçə dəqiqəlik bağlayıblar.
Nəticədə yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Marneuli və Xucabi yeparxiyasının təşkil etdiyi aksiya "David Qareci (Keşikçidağ Məbəd-Kompleksi - red.) Gürcüstanındır" şüarı ilə keçirilib.
İştirakçılar bildiriblər ki, aksiya xəbərdarlıq xarakteri daşıyır. Onlar Gürcüstan hökumətini məbəd kompleksi ətrafında yaranmış problemi həll etməyə çağırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31