Nəvəsi Musa Yaqubun son durumundan danışdı
Nəvəsi Musa Yaqubun son durumundan danışdı
26 May 2019 18:47 SosialBabamın səhhətində bəzi problemlər yaranmışdı, ancaq indi evdədir və şükür vəziyyəti yaxşıdır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında parkinson xəstəliyindən əziyyət çəkən Xalq şairi Musa Yaqubun nəvəsi Nərgiz Gəray bildirib.
O, Musa Yaqubun İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib: "Qan təzyiqində problem vardı, həkimlər yoxladı, dərmanlarını tənzimlədilər, evə gəldi. Həkimlər deyir ki, mütləq istirahət etməlidir. Biz də əlimizdən gələni edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31