Bakıda "Pajero" aşdı - FOTO
Bu gün səhər saatlarında Yeni Günəşli qəsəbəsində (Şir heykəlinin yaxınlığında) ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuPost xəbər verir ki, 99 LZ 589 nömrə nişanlı "Pajero" markalı avtomobil idarəetməni itirərək, aşıb.
Nəticədə sürücü xəsarət alıb. Hadisəyə səbəb yüksək sürət olub.