Bakıda gənc icarəyə götürdüyü maşınla aləmi bir-birinə vurdu - VİDEO
Bakıda gənc icarəyə götürdüyü maşınla aləmi bir-birinə vurdu - VİDEO
26 May 2019 11:45 SosialNəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Vüsal Məmmədov icarəyə götürdüyü 90-EE-033 dövlət qeydiyyatı nişanlı "Kia" markalı avtomobillə 4-cü mikrorayon, M.C.Paşayev küçəsində yüksək sürətlə hərəkət edib.
Sürücü idarəetməni itirərək yolu keçən 1985-ci il təvəllüdlü Həsənova Əlvanə Şövkət qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Piyadanı vuran V.Məmmədov avtomobil ilə ərazidən qaçmaq istəyərkən yol kənarında hərəkətsiz vəziyyətdə dayanan iki nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü saxlanılıb.
ona
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31