Şirvanşahın 500 illik sikkəsi su qiymətinə satılır - Foto
Şirvanşahın 500 illik sikkəsi su qiymətinə satılır - Foto
24 May 2019 18:37 SosialFeysbuk sosial şəbəkəsindəki "Auksion/Hərrac" səhifəsində Şirvanşahlar dövlətinin hökmdarı Fərrux Yasar (1465-1500) dövrünə aid gümüş sikkəni satışa çıxarıb.
Kult.az xəbər verir ki, 1490-cı ilə aid olduğu bildirilən gümüş sikkənin ilkin qiyməti 1 manat, təklif olunan məbləğ isə 30-35 manat civarındadır.
Sosial şəbəkə istifadəçiləri belə bir tarixi sikkənin ucuz qiymətə satılmasının yolverilməz olduğunu deyiblər.
Məsələ ilə bağlı Kult.az-a danışan Tarix Muzeyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Babayeva bildirib ki, sözügedən sikkə ilə bağlı onlara məlumat daxil olmayıb:
"Lakin biz məsələni araşdıracağıq. Həqiqətən, o gümüş sikkə tarixi əhəmiyyətli olsa, ala bilərik. Tarix Muzeyində alqı-satqı komissiyası fəaliyyət göstərir və muzeyə tarixi əhəmiyyətli əşyalar gətirilir. Bizim komissiya sikkənin maddi dəyərini təyin etdikdən sonra alıb muzeyə qoya bilər. Bu məsələ ilə bağlı araşdırma aparacağıq".

