“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı – Foto
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı – Foto
24 May 2019 16:11 SosialBakının mərkəzi küçəsində bir qrup gənc polis tərəfindən saxlanılıb.
Minval.info "Bizim Yol"a istinadən xəbər verir ki, buna səbəb Nizami küçəsində (Fəvvarələr meydanı) bir qrup gənc üzərinə kriminal avtoritet Rövşən Lənkəranskinin fotoşəkli olan, "VOR V ZAKONE", "Talış" yazılan və səkkizguşəli ulduzlar olan köynəklər geyinməsidir.
Həmin gənclər hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidən uzaqlaşıblar.
Onlar barədə hansı tədbirin görüldüyü haqda heç bir məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31