Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı - Foto
Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı - Foto
24 May 2019 15:43 SosialBakının Nizami rayonunda yerləşən, "Vosmoy bazarı" adlanan ərazidə azyaşlı uşaq valideyni tərəfindən tərk edilib.
Bu barədə Azvision.az-a sakinlər məlumat veriblər. Bildirilib ki, 4-5 yaşlı oğlan uşağı anası ilə birlikdə bazara gəlib.
Kimliyi məlum olmayan qadın aptekə girmək adı ilə uşağı orada qoyub, daha sonra ərazidən uzaqlaşıb. Azyaşlının əqli problemli olduğu bildirilir.
Hadisə ilə bağlı polisə məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31