Parlamentin yaz sessiyasının iclaslarının sayı artırıldı
Parlamentin yaz sessiyasının iclaslarının sayı artırıldı
24 May 2019 13:02 SosialMilli Məclisin (MM) başa çatmaqda olan yaz sessiyasında daha bir iclas keçiriləcək. MM-dən "Olaylar"a daxil olan məlumata görə, yaz sessiyasının sonuncu iclasının mayın 31-də keçirilməsi nəzərdə tutulsa da, son anda dəyişiklik edilib. Belə ki, mayın 30-da daha bir iclasın keçirilməsi qərara alınıb.Beləliklə, mayın 30 və 31-də iki gün dalbadal plenar iclaslar keçiriləcək. İclasların sayının artırılmasına səbəb isə qanun layihələrinin çoxluğu, xüsusilə də, 2018-ci ilin büdcəsinin icrası ilə bağlı qanun layihəsinin üç oxunuşda müzakirəsinin keçirilməsinin nəzərdə tutulmasıdır.Əgər əvvəllər adıçəkilən qanun bir oxunuşda qəbul olunurdusa, 2016-cı ilin Konstitusiya dəyişikliklərindən sonra sənədin üç oxunuşda müzakirəyə çıxarılması və qəbulu nəzərdə tutulur. Mayın 31-də, sonuncu plenar iclasda isə dövlət himninin səslənməsi və oxunması ilə yaz sessiyası öz işini başa vuracaq.