Nəsimi rayonuna içməli su fasilə ilə veriləcək
Nəsimi rayonuna içməli su fasilə ilə veriləcək
24 May 2019 11:17 SosialMayın 24-də gün ərzində Nəsimi rayonunun 1-5-ci mikrorayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31