Nigar Camal DNT analizi verdi — “Görək ulu nənə, babalarım hansı hoqqalardan çıxıb”
Nigar Camal DNT analizi verdi — “Görək ulu nənə, babalarım hansı hoqqalardan çıxıb”
23 May 2019 17:43 SosialAzərbaycana "Avroviziya" mahnı müsabiqəsində qələbə gətirənlərdən biri Nigar Camal da həmkarı Eldar kimi DNT analizi verib.
"Ölkə.Az" xəbər verir ki, müğənni bu barədə İnstaqram səhifəsində məlumat verib.
İfaçı analizin cavabının 4 həftədən sonra məlum olacağını da qeyd edib:
"Eldarın cavabları bəllidir. İndi sıra məndədir, görək, genetikam məni haralara aparır. Ulu babalarım, nənələrim hansı hoqqalardan çıxıblar... Bunların hamısını biləcəyik".
Xatırladaq ki, DNT analizi "Eurovision- 2019"un sponsorlarının təklifi ilə hazırlanıb. Buna səbəb sənətçilərin hansı millətə məxsus olduğunu müəyyənləşdirməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31