Rusiyada ən zəngin varis yenə azərbaycanlı seçildi
Rusiyada ən zəngin varis yenə azərbaycanlı seçildi
23 May 2019 17:04 Sosial"Lukoyl"un rəhbəri Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov yenidən Rusiyanın ən zəngin varisi seçilib.
Axar.az xəbər verir ki, bununla bağlı reytinqi "Forbes" jurnalı tərtib edib.
Yusif Ələkbərov dördüncü dəfə bu reytinqin ən yüksək pilləsində yer alıb. Ona atasından 21,8 milyard dollar sərvətin qalacağı vurğulanıb.
Qeyd edək ki, ümumilikdə reytinq cədvəlinə 20 ailənin adı daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31