“Son iclas” filmi nümayiş olunub
“Son iclas” filmi nümayiş olunub
23 May 2019 17:01 SosialYAP Pirallahı rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 28 may -Respublika Günü ilə əlaqədar Pirallahı Gənclər Mərkəzində "Son iclas" filmi nümayiş olundu.
Olaylar.az xəbər verir ki, "Son iclas" bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir.
Filmin nümayişindən əvvəl YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov bildirdi ki, bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
Tədbirdə qeyd edildi ki, bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən müstəqil Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik.
Sonda "Son iclas" filminə baxış keçirilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.