“Pozğun müğənnilərin bahalı maşını, evi var” – Aqşin
23 May 2019 13:19 SosialMeyxanaçı Aqşin Fateh müğənniləri sərt şəkildə tənqid edib.
"Xəzər TV"də yayımlanan "5də5" verilişində qonaq olan meyxanaçı mal-mülkünü reklam edən müğənniləri tənqid atəşinə tutub.
"Müğənnilərin 85% sosial şəbəkədə yedikləri yeməkləri, mal-mülkün reklam edir. Nə acı, nə hamiləni, nə kasıbı nəzərə alır. Elə pozğun müğənnilər var ki, onların bahalı avtomobili və evləri var. Balacalar da onlara baxanda, deyir ki, mən də o maşını sürmək üçün onun kimi olmalıyam. Hələ baxıb onlara ibrət götürür. Elə müğənnilər də var ki, nə ətdi nə də balıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31