Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində "Mercedes" markalı mikroavtobus aşıb. Məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, 10 nəfər isə yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına çatdırılıb. Məlumatda o da bildirilir ki, qəzaya düşən şəxslər Mingəçevirdə təhsil alan tələbələr olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31