Dəhşətli QUM FIRTINASI gözlənilir - Qurumlar XƏBƏRDARLIQ ETDİ
23 May 2019 09:57 SosialTürkiyənin Egey, Qərbi Aralıq dənizi, Mərmərə, İç Anadolunun qərbi və Qara dəniz bölgələrində qum fırtınası olacaq.
Publika.az xəbər verir ki, Şimali Afrikadan gələn qum fırtınası bu gün axşamdan sabah axşama qədər hökm sürəcək.
Bu səbəbdən görmə məsafəsində azalma, havanın keyfiyyətinin aşağı düşməsi, nəqliyyatda gecikmə kimi problemlərin yaranması ilə bağlı xəbərdarlıq olunub.
Səlahiyyətli qurumlar vətəndaşları problemlərə qarşı tədbirli olmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31