Uşaq bağçasındakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Uşaq bağçasındakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA
22 May 2019 16:01 SosialSumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.
Fövqəladə Hallar Nazirliyindən publika.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31