Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri müzakirə ediləcək
Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri müzakirə ediləcək
22 May 2019 13:01 Sosial"Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı təqdimat mərasimi keçiriləcək. BMT-nin Bakı ofisinin informasiya departamentindən "OLAYLAR"-a bildirilib ki, tədbir mayın 23-də baş tutacaq.
Dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayevin və digər şəxslərin çıxışı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31