4000 ədəd "King" markalı siqaret aşkarlanıb

4000 ədəd "King" markalı siqaret aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E200" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının üst hissəsində gizlədilmiş 4000 ədəd "King" markalı siqaret aşkar olunub.Faktla bağlı araşdırma aparılır.

Siqaret və spirtli içkilər aşkarlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31