Novruz Məmmədovdan Təhsil naziri ilə bağlı QƏRAR
22 May 2019 09:46 SosialNazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.
Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, "Kollegiyanın sədri" bölməsindən "Bayramov Ceyhun Əziz oğlu" sözləri çıxarılıb.
Həmçinin təhsil nazirinin rəhbərlik etdiyi kollegiyanın üzvləri təhsil nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini olacaq.
Belə ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Təhsil Nazirliyinin kollegiyasının üzvlüyündən tərkibindən çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31