Sabunçu bazarında yanğın - Foto
Sabunçu bazarında yanğın - Foto
21 May 2019 16:29 SosialSabunçu qəsəbəsində yerləşən bazarda yanğın baş verib.
Musavat.com xəbər verir ki, bu gün Sabunçu bazarındakı mağazalardan biri yanıb.
Plastik qapı və pəncərə satılan mağazada baş verən yanğının elektrik xətlərində qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Hadisə yerinə gələn FHN əməkdaşları yanğının yaxınlıqdakı kafeyə və mağazalara keçməsinin qarşısını alıblar.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31