Deputat: Statistik rəqəmlər həqiqəti əks etdirmir
Deputat: Statistik rəqəmlər həqiqəti əks etdirmir
21 May 2019 14:55 SosialDeputat Vahid Əhmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində çıxışı zamanı Azərbaycanda qiymət artımının səviyyəsi ilə ilə bağlı açıqlanan statistik rəqəmlərə etiraz edib. "Olayla" xəbər verir ki, xəbər verir ki, deputat rəqəmlərin həqiqəti əks etdirmədiyini deyib: "Büdcənin icrası ilə bağlı sənəddə göstərilir ki, Azərbaycanda istehlak bazarında qiymət azalıb. Azərbaycanda nəyin qiyməti azalıb?! Əksinə, qiymət artıb. Bilmirəm, Statistika Komitəsinin sədri bazara gedib ya getməyib, danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun". Deputat həmçinin, dövlət başçısının apardığı siyasətə bəzi qüvvələrin kölgə salmağa çalışdığını da söyləyib: "Bəzi özlərini professor, doktor, ekspert hesab edənlər həyata keçirilən islahatların effektsiz olduğunu və heç bir əhəmiyyətinin olmadığını bildirirlər. Fikrimcə, son illərdə ölkədə dərin islahatlar həyata keçirilir. İslahatın məgər buynuzu olur?"