Bakıda ilk dəfə Menecment və İnnovasya Forumu keçiriləcək
Bakıda ilk dəfə Menecment və İnnovasya Forumu keçiriləcək
21 May 2019 11:07 SosialBu gün Bakıda ilk dəfə olaraq Menecment və İnnovasya Forumu keçiriləcək. "Olaylar" xəbər verir ki, Forumda ölkənin müxtəlif nazirliklərinin rəhbər işçiləri ilə yanaşı, beynəlxlaq ekspertlər də təmsil olunacaq. Forumda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının rəhbəri Məmməd Musayev açılış nitqi ilə çıxış edəcək. Ardınca iqtisadiyyat və əmək və sosial müdafiə nazirliklərinin nümayəndələri çıxış edəcəklər. Tədbirdə həmçinin Azərbaycanda fəaliyyət göstərən korporativ şirkətlərin nümayəndələri təmsil olunurlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31