Bakı-Dubay aviareysi ləğv olundu
Bakı-Dubay aviareysi ləğv olundu
20 May 2019 17:52 SosialMayın 20-də həyata keçirilməli olan Bakı-Dubay aviareysi ləğv edilib.
Azvision.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadən xəbər ki, "Flydubai" aviaşirkətinin yerli vaxtla saat 12:00-da Bakıdan Dubaya olan "FZ 710" saylı reysi ləğv edilib.
Aviareys "Boeing B737-800" təyyarəsi ilə həyata keçirilməli idi. Bakı-Dubay aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31