“Diqlas” nə vaxt sökülür? - Vaxt açıqlandı
“Diqlas” nə vaxt sökülür? - Vaxt açıqlandı
20 May 2019 16:46 SosialBakıda yanan "Diqlas" ticarət mərkəzinin söküntüsünə hazırlıq işlərinə start verilib.
ONA-nın xəbərinə görə, bununla əlaqədar təhlükəsizlik məqsədi ilə ərazi dəmir lövhələrlə hasarlanıb. Binanın damına ağır texnikalar qaldırılıb.
Söküntünü həyata keçirəcək şirkətin əməkdaşı bildirib ki, hazırda söküntüyə hazırlıq gedir: "Binanın söküntüsünə mayın 22-də başlanılacaq".
Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli "Diqlas" ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31