Bakı-Sumqayıt yolu bağlanır - Diqqət!
Bakı-Sumqayıt yolu bağlanır - Diqqət!
20 May 2019 16:12 SosialBu gün gecə 12-dən sabah saat 6-ya qədər Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər olan hissəsində üfiqi nişanlanma xətləri yenidən rənglənəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, rənglənmə işləri zamanı yolda hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
"Buna görə, sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31