Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
17 May 2019 16:31 SosialMüəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına start verilir. Təhsil Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, sınaq imtahanları 18-30 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.
Sınaq imtahanlarında 7000-dən çox şəxsin iştirakı gözlənilir.
İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib.
İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31