“Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” təşkil olunacaq
“Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” təşkil olunacaq
17 May 2019 16:19 Sosial20 May 2019-cu il, saat 09:00-da "Fairmont Baku" mehmanxanasında "Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi" təşkil olunacaq. "Olaylar" xəbər verir ki, müzakirələrdə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ali Məhkəmənin səlahiyyətli şəxsləri və sahibkarlar iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan prezidentinin 03.04.2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi ilə əlaqədar bir sıra tapşırıqlar, proqram xarakterli müddəalar öz əksini tapıb.