Deputatlar bağçaların akreditasiyası üçün rüsumun aşağı salınmasını təklif etdilər
Deputatlar bağçaların akreditasiyası üçün rüsumun aşağı salınmasını təklif etdilər
17 May 2019 14:52 Sosial"Məktəbəqədər təhsil müəssisələrini vergidən azad etmişiksə, akkreditasiyaya görə məktəqədədər təhsil müəssiəsləri üçün 3 min manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat alınması düzgün olmaz". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib. Q. Həsənquliyev bildirib ki, Azərbaycanda bütün şagirdlər məktəbəqədər təhsil müəssisələrinə getmirlər: "Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə ehtiyac var. Bir-iki manat simvolik rüsum müəyyənləşdirmək olar, amma 3000 min manat rüsum çoxdur. Dəfələrlə təklif etmişəm ki, ölkədə məktəqədər təhsil müəssisələri açan şəxslərə torpaq ayrılsın, subsidiya verilsin". Millət vəkili Əflatun Amaşov da məktəqədədər təhsil müəssisələrinin akkreditasiyayası üçün 3000 min manat rüsum tutulmasına qarış çıxıb: "Rüsum tətbiq edilməməli, sadəcə, məktəbəqədər təhsil müəssisələrinə nəzarət olunmalıdır ki, keyfiyyətli dərs keçirilsin. Bu rüsumlara yenidən baxılmalıdır". Milət vəkili Qənirə Paşayeva da layihənin qaytarılmasını təklfi edib: "Bağçalar çatışmır. Biz müxtəlif insanlardan xahiş edirik ki, bağçalar tiksinlər. İndi belə rüsumla kənd yerlərində kim bağça tikəcək?"